Ukraynada 702 kritik infrastruktur obyektinə zərər dəyib

Ukrayna Daxili İşlər Nazirliyinən bildiriblər ki, ilin əvvəlindən ölkədə 702 mühüm infrastruktur obyekti zədələnib…

PİA.az Ukrayna mətbuatına əsasən xəbər verir ki, daxili işlər nazirinin birinci müavini Yevgeni Yenin Rusiyanın raket zərbələri nəticəsində ölkədə 702 mühüm infrastruktur obyektinə ziyan vurulduğunu bildirib. Nazir müavini aydınlaşdırıb ki, ilk növbədə, söhbət qaz kəmərlərindən və elektrik yarımstansiyalarından gedir.

Ümumiyyətlə, hazırda Rusiyanın hücumları nəticəsində 35 mindən çox zədələnmiş obyekt haqqında məlumatımız var”, - deyə Yenin bildirib.

Öz növbəsində, Kiyev merinin müavini Petr Panteleyev bildirib ki, Ukrayna paytaxtı qışda elektrik enerjisinin kəsilməsi rejimində yaşayacaq.

Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenski bir müddət əvvəl ölkədə doqquz milyona yaxın insanın işıqsız qaldığını bildirmişdi.

pia.az