İraq ordusunun sözçüsü: İŞİD son çırpınışlarını yaşayır

İraq Silahlı Qüvvələri Komandanlığının sözçüsü general-mayor Yəhya Rəsul terror təşkilatı İŞİD-in son mübarizəsini apardığını bildirib...

PİA.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, paytaxt Bağdadda jurnalistlərin suallarını cavablandıran Rəsul İŞİD-in İraqda zəif qaldığını və 5-8 nəfərlik kiçik qruplar halında hücum etdikdən sonra öz yuvalarında gizləndiyini qeyd edib.

Terror təşkilatının son mübarizələrini davam etdirdiyini vurğulayan Rəsul təhlükəsizlik qüvvələri ilə üz-üzə gələ bilməyən terrorçuların kənd, qəsəbə və əsgər yollarına mina yerləşdirərək mülki vətəndaşları və təhlükəsizlik işçilərini hədəf aldığını bildirib.

Rəsul terrorçularla mübarizənin davam edəcəyini və İraq Hərbi Hava Qüvvələrinin artıq bütün əməliyyatlarda daha fəal iştirak edəcəyini bildirib.

pia.az