Valentin Rozier “Beşiktaş”dan ayrıla bilər

Spor Toto Super Liqa təmsilçisi Beşiktaş bu mövsüm istədiyi performansı göstərə bilməyib və Fransanın sağ cinah müdafiəçisi Valentin Rozierə İtaliya A Seriyasından təklif gəlib...

PİA.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Super Liqaya yaxşı başlaya bilməyən Beşiktaş-da Valeyen İsmael yerinə, Şenol Günəşi məşqçi kürsüsünə gətiriblər.

Təcrübəli məşqçi Ümraniyespor matçından sonra verdiyi açıqlamada bəzi futbolçuların çıxışından razı qalmadığını, Rozierin də onların arasında olduğunu bildirib. Fransız sağ cinah müdafiəçisi ilə bağlı isə transfer xəbəri çıxıb.

İtaliya mətbuatında yer alan xəbərə görə, Monza Rozier üçün Beşiktaş-la əlaqə saxlamağa hazırlaşır. 26 yaşlı sağ cinah müdafiəçisini öz heyətinə gətirmək istəyən İtaliya komandası “ağ-qaralar”la hələ rəsmi danışıqlara başlamayıb.

pia.az