Korona kabusu böyük sürətlə geri qayıdır

Çİndə gündə 5 min insan koronadan ölür...

PİA.az xəbər verir ki, bu barədə Türkiyənin haberler.com xəbər portalı məlumat yayıb.

Dünya 6 milyondan çox insanın ölümünə səbəb olan koronavirusla mübarizəni sürətini azaltmadan davam etdirərkən, “Sıfır-Covid” siyasətindən əl çəkən Çin “qorxulu yuxu”lar görür.

Cəsədlərin yandırılması prosesinin reallaşdırıldığı krematoriyaların 24 saat işlədiyi bildirilir. Sağlamlıq məlumatlarının təhlili ilə məşğul olan bir şirkət gündə 5 min insanın koronavirusdan öldüyünü iddia edib.

İnternetdə yayılan görüntülərdə yandırılmağı gözləyən meyitlərin uzun “növbələr”ini izləmək olur.

Çin hökumətinin rəsmi olaraq etiraf etdiyi 7 ölümdən fərqli olaraq, sağlamlıq məlumatlarının təhlili üzərində işləyən “Airfinity” şirkəti "Çində gündə 5000 ölüm" olduğunu iddia edir. “Airfinity”, həmçinin Çində in COVİD-19-dan 2,1 milyon adamın öləcəyini prqonozlaşdırır.

Pekinli həkim Hovard Bernşteyn bildirib ki, onun xəstəxanasına gələn xəstələrin sayı artmaqdadır, onların demək olar ki, hamısı qocadır, çoxu isə çox xəstədir. Heç vaxt COVİD -19 xəstəsini müalicə etmədiyini bildirən Bernstein, "hər gün onlarla xəstə gördüyünü" söyləyib.

“Xəstəxana ağzına qədər doludur. Digər palatalar kimi xəstəxananın Reanimasiya şöbəsi də doludur”, deyə həkim bildirib.

pia.az