Avtokonsernlər sakitcə Çindən qaçırlar - Financial Times

Avtomobil istehsalçıları Çinin digər ölkələrlə münasibətlərinin pisləşməsindən qorxurlar və buna görə də komponentlərin istehsalında Çindən asılılığı aradan qaldırırlar…

PİA.az xəbər verir ki, bu barədə Financial Times nəşri top-menecerlər və təchizat zənciri ekspertlərinə istinadən məlumat yayıb.

“Avtomobil istehsalçıları Çində komponent istehsalından asılılığı azaltmaq üçün “sakit, lakin birgə” səylər göstərdilər”, deyə FT-nin məlumatında bildirilir.

Nəşrin yazdığına görə, bunun iki səbəbi var. Birincisi, Çinin fabriklərdə işlərin tez-tez dayanmasına səbəb olan “COVID-19-a sıfır tolerantlıq” siyasətidir. İkincisi, Ukraynada hərbi əməliyyatların başlamasından sonra Rusiyada baş verənlərə bənzər, Çinin digər ölkələrlə münasibətlərində mümkün qırılma ilə bağlı “uzunmüddətli narahatlıq”dır.

Əksər avtomobil istehsalçılarının böyüklüyünə görə Çin bazarını tamamilə tərk etmək ehtimalı azdır, deyə FT yazır, lakin Çindən bütün dünya üzrə fabriklərə komponent axınının zamanla azalacağını gözlənilir.

Ford-un baş icraçı direktoru Ted Canneal deyir: “Bu sənaye üzrə logistik əməliyyatların kütləvi şəkildə yenidən nəzərdən keçirilməsidir və təchizat zənciri bu onilliyin diqqət mərkəzində olacaq”.

Mazda-nın baş idarəedici direktoru Masahiro Moro isə FT-yə verdiyi Açiqlamada vurğulayıb ki, təchizat zəncirinin etibarlılığı, sabit komponent satınalmalarını təmin etmək üçün nəzərə alınmalıdır. Şirkət həmçinin əvvəllər Çində istehsal edilən bəzi komponentlərin istehsalının Yaponiyaya köçürdüyünü açıqlayıb.

pia.az