"Bu maaşla dərs deyən müəllimlər Milli Qəhrəmandır" - Aqil Abbas

O ağırlıqda çantanı götürən uşaqlar ya ağırlıqqaldıran, ya da qozbel olacaq

"Orta məktəbdə vəziyyətin nə yerdə olduğu bəllidir. Nəvələrimin çantasını götürə bilmirəm. O ağırlıqda çantanı götürən uşaqlar ya ağırlıqqaldıran, ya da qozbel olacaq".

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib.

"Müəllimlərin üstünə çox düşmüşük. Bu maaşla uşaqlara dərs deyən müəllimlər Milli Qəhrəmandır. Şagirdin əlindəki telefon müəllimin 4-5 aylıq maaşıdır", - deyə deputat qeyd edib.

pia.az