Bu il övladlığa verilən uşaqların sayı açıqlandı

2019-cu ildən etibarən ümumilikdə 355 uşaq övladlığa verilib...

“Bu il 207 uşaq övladlığa verilib, hər iki valideynini itirən və uşaq evində böyüyən 252 nəfər mənzil ilə təmin olunub”

Bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov 2022-ci ilin yekunlarına həsr olunan mətbuat konfransı zamanı deyib.

Onun sözlərinə görə, 2019-cu ildən etibarən ümumilikdə 355 uşaq övladlığa verilib.

V.Behbudov qeyd edib ki, Azərbaycanda hər iki valideynini itirən və uşaq evlərində böyüyən şəxslərin mənzillə təminatı davam etdirilir, həmçinin paralel olaraq himayədar ailə institutunun formalaşdırılması istiqamətində də işlər aparılır.

pia.az