İsmayıllıda iki avtomobil toqquşub, xəsarət alanlar var

İsmayıllı rayonunda iki avtomobilin toqquşması nəticəsində iki nəfər xəsarət alıb...

"Report"un məlumatına görə, hadisə rayon mərkəzində qeydə alınıb.

Belə ki, 1976-cı il təvəllüdlü İsmayılova Amalə Yaşar qızı və 2001-ci il təvəllüdlü İsmayılova Aytac Tərlan qızı müxtəlif dərəcəli xəsarətlərlə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

pia.az