Pəncə-Kilid əməliyyatında 1 əsgər şəhid oldu

Türkiyə Milli Müdafiə Nazirliyi Pəncə-Kilid əməliyyatı bölgəsinə edilən təcavüz atəşi nəticəsində bir əsgərin öldüyünü açıqlayıb...

PİA.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Milli Müdafiə Nazirliyi (MSB) Pəncə-Kilid əməliyyatında baza bölgəsinə açılan təcavüz atəşi nəticəsində müqaviləli piyada əsgər Hüseyn Qorxmazın öldüyünü bildirib.

MSB-nin verdiyi bəyanatda deyilir:

“26 dekabr 2022-ci il tarixində Pəncə-Kilid əməliyyatı bölgəsində separatçı terror təşkilatı üzvlərinin baza bölgəmizə açdığı təcavüz atəşi nəticəsində qəhrəman yoldaşımız P. Söz. siravi əsgər Hüseyn QORXMAZ şəhid oldu.

Bizə dərin ağrı və hüzn verən bu hadisədə həyatını itirən əziz şəhidimizə Allah rəhmət eləsin. Kədərli ailəsinə, Türkiyə Silahlı Qüvvələrinə və soylu millətimizə başsağlığı və səbr diləyirik”.

pia.az