Sabirabadda ər arvadını bıçaqlayıb

Faktla bağlı araşdırma aparılır...

Sabirabadda ər arvadını bıçaqlayıb. 

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Qalağayın kəndində qeydə alınıb. 

Belə ki, kənd sakini, 1994-cü il təvəllüdlü Rüstəmova Fərqanə Yaşar qızı bədənin kəsilmiş-deşilmiş yarası ilə Sabirabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. 

İlkin məlumata görə, aralarında yaranmış mübahisə zamanı F.Rüstəmova əri tərəfindən bıçaqlanaraq xəsarət alıb. 

Faktla bağlı araşdırma aparılır.

pia.az