Həbs edilən müğənnidən aylar sonra ilk paylaşım

İmam hatip tələbələri ilə bağlı söylədiyi sözlərə görə məhkəmə qarşısına çıxarılan məşhur müğənni Gülşən aylar sonra ilk dəfə sosial media hesabından paylaşım edib...

PİA.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aprelin 30-da imam hatip tələbələri haqda dediyi sözlərə görə həbs edilən və sonra sərbəst buraxılan müğənni Gülşən aylar sonra ilk dəfə sosial media hesabından paylaşım edib.

İzmir Böyükşəhər Bələdiyyə Sədri Tunç Soyer məşhur müğənninin dekabrın 31-də İzmirdə konsert verəcəyini açıqlayıb.

Gülşən avqust ayından bəri ilk dəfə Instaqlgram hesabından bu sözləri paylaşıb:

“Yeni ili və Cümhuriyyətimizin 100-cü ildönümünü qarşılayarkən gözəl İzmirimizin Gündoğdu meydanında yenidən birlikdə günəş kimi doğulmağa hazırıq”.

Qeyd edək ki, ötən həftə özəl bir şirkətin yeni il əyləncəsində səhnəyə çıxan Gülşən ifası ilə diqqət çəkib.

pia.az