Tezliklə Ukraynada heç bir işğalçı qalmayacaq – Astroloq

Ukraynali astroloq Vlad Ross ğlkəsinin nə zaman qalib gələcəyini proqnozlaşdırıb…

PİA.az xəbər verir ki, məşhur astroloq Vlad Ross Ukrayna Silahlı Qüvvələrinin rus işğalçıları nə vaxt ğlkə sərhədlərindən kənara çıxaracağını açıqlayıb. Astroloq bildirib ki, yazda qələbənin əsas konturları görünəcək.

"Bəli, qələbənin konturları yazda görünəcək. Mart ayında qələbə planeti Yupiter müharibə planeti Marsla eyni xəttdə birləşəcək. Marsın örkəni dövriyyəni bağlayacaq. Belə bir astroloji hadisə artıq oktyabrda olmuşdu. Onda biz Krım körpüsünü partlatmışdıq. Martda Mars öz hərəkətini bird aha təkrarlayacaq. İşğalçılar martdan sonra təslim olmağa başlayacaqlar”, deyə astroekspert UNİAN-a müsahibəsində bildirib.

Vlad Ross Ukraynanın bu qanlı müharibədə qələbəsinin hansı şəraitdə qaçılmaz olacağını da açıqlayıb:

“Biz Krımı mühasirəyə alanda hamıya aydın olacaq ki, biz müharibədə qalib gəldik. Və təbii ki, Melitopolu almalıyıq. Onda bizim qələbəmiz qaçılmazdır”, deyə Ross fikrini yekunlaşdırıb.

pia.az