Rusiya “Shahed”lərin əvəvinə İrana Su-35 qırıcıları verir

Rusiya İrandan 1700 “Shahed” alıb, onların 540-nı artıq Ukraynada istifadə edib…

PİA.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanova istinadən IsraelInfo nəşri məlumat verib.

Ukrayna Kəşfiyyatının rəhbəri bildirib ki, Moskva ilə Tehran arasında əldə olunan razılaşmaya əsasən İran kamikadze dronların əvəzinə Rusiyadan Su-35 qırıcıları alıb.

Ballistik raketlərə gəlincə isə, Budanov bildirib ki, Tehran hələlik onları Moskvaya verməkdən imtina edir.

Qeyd edək ki, “Shahed” dronlarının istehsalı hardasa 7000 başa gəlir. 1700 dronun əvəzinə isə Rusiya İrana 24 Su-35 qırıcı təyyarəsini verəcək. Bildirilir ki, ruslar onsuz da bu qırıcılar üçün alıcı axtarırmışlar. Ona görə də Rusiya bu qırıcıları dronlarla dəyişməyi təklif edib.

Kəşfiyyatın məlumatına görə İran pilotlarınhazırda təlimi Rusiyada həyata keçirilir.

pia.az