“Lavrovun sözlərində Ermənistana qarşı gizli təhdidlər var” - Vardanyan 

Hazırki vəziyyət ümumilikdə müəyyən riskləri ehtiva edir...

“Sergey Lavrovun sözlərində Ermənistan üçün gizli təhdidlər var”.

Bu sözləri erməni politoloq Armen Vardanyan deyib. O, bildirib ki, Lavrov burada diplomatik hiylə işlədib: 

“Bu arada Rusiya həmişə bütün postsovet ölkələrində münaqişələr yaratmaq və orada öz sülhməramlılarını yerləşdirmək istəyib. Əvvəllər onun Moldovada, Ukraynada, Gürcüstanda sülhməramlıları olub, indi isə 44 günlük müharibədən sonra o, arzuladığı başqa məqsədə nail olub, sülhməramlılarını Qarabağda yerləşdirib. Bu da Rusiyaya Ermənistan və Azərbaycan üzərində əlavə təsir rıçaqlarını verib. Rusiya öz sülhməramlılarının Qarabağı tərk etməməsi üçün hər şeyi edir. Bunu belə təqdim edirlər ki, guya xoş niyyətin təzahürüdür” – deyə erməni politoloq bildirib. 

Armen Vardanyan deyib ki, hazırki vəziyyət ümumilikdə müəyyən riskləri ehtiva edir, 

“Çünki yaxşı müharibədənsə pis danışıqlar daha üstündür. Amma heç bir şübhə yoxdur ki, tərəflər arasında danışıqlar prosesində çoxdan ciddi problemlər var” – deyə Vardanyan fikrini yekunlaşdırıb. 

Xatırladaq ki, Sergey Lavrov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşündən sonra keçirilən mətbuat konfransında Ermənistana qarşı bir sıra ittihamlar səsləndirib. Onun sözlərinə görə, erməni tərəfinin Moskvada planlaşdırılan görüşdən imtinasını hansı üsulla elan etməsi ciddi suallar yaradır.(Konkret.az)

pia.az