Zirə-nin iki futbolçusu Kəpəz-lə oyunda meydandan qovulub

Zirə komandasının iki futbolçusu Azərbaycan Premyer Liqasının XVIII turunda Kəpəz-lə oyunda qırmızı vərəqə alıb...

"Report"un məlumatına görə, 18-ci dəqiqədə Coşqun Diniyev rəqib oyunçu Tural Axundova qarşı kobudluq etdiyi üçün birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

Dörd dəqiqə sonra isə Nemanya Ancelkoviç Abdullahi Şuaybunu yıxdığı üçün eyni halla üzləşib.

Qeyd edək ki, "Zirə" hələlik 1:0 hesabı ilə öndədir.

pia.az