Putin: “Ukraynadakı münaqişənin mərkəzində Qərbin tarixi Rusiyanı parçalamaq cəhdləri dayanır”

“Rusiyanın opponentlərinin siyasətinin əsasında “parçala və hökm sür” prinsipi dayanır, onlar həmişə bunu etməyə çalışıblar və cəhd etməkdə davam edirlər”...

PİA.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bazar günü “Rossiya-1” telekanalının efirində bildirib.

O xatırladıb ki, 2014-cü ildən Rusiya Federasiyası Ukraynadakı vəziyyəti sülh yolu ilə həll etməyə çalışır:

“Biz həmişə çalışmışıq ki, yaranan bütün mübahisələr danışıqlar və sülh yolu ilə həll olunsun. Bu və ya digər şəkildə biz bu ərazilərdə yaşayan insanların müdafiəsinə qalxmağa məcbur olduq, krımlıların seçiminə dəstək verməli olduq, hər şey bununla başladı!”.

pia.az