Özləri Tbilisiyə uçdular, baqajları Bakıda qaldı

Məlumata görə, “Buta Airways” şirkətinin sərnişinləri baqajlarının itdiyini bildirirlər. Onların sözlərinə görə, baqajları Bakıda qalıb...

“Buta Airways”in müştəriləri ehtimal edirlər ki, buna səbəb Moskvadan olan uçuşun gecikməsi və Azərbaycanda qısa müddətə baş verən transferə görə baqajları növbəti təyyarəyə yükləməyə vaxt olmamasıdır.

Məsələ ilə bağlı “Buta Airways” aviaşirkətindən bildirilib ki, Moskva-Bakı marşrutu üzrə J2 9082 reysinin bir qədər gecikməsi və aviaşirkətin Bakı-Tbilisi marşrutu üzrə J2 9229 reysinin bütün sərnişinlərinin vaxtında çatdırılması üçün 46 tranzit sərnişin Bakıdan Tbilisi şəhərinə baqajsız göndərilib. Şirkətdən o da bildirilib ki, bütün tranzit sərnişinlərin baqajı axşam reysi ilə Bakıdan Tbilisiyə çatdırılacaq.

pia.az