İlon Mask: “2 il Tesla səhmləri satmayacağam”

“Tesla”nın CEO-su İlon Mask cümə axşamı bildirib ki, təxminən 2 il ərzində daha “Tesla” səhmlərini satmayacaq...

PİA.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Twitter Spaces” səsli söhbətində danışan Mask iqtisadiyyatın 2023-cü ildə ciddi tənəzzül içində olacağını və böyük biletli məhsullara tələbatın daha az olacağını proqnozlaşdırdığını söyləyib.

Mask bu açıqlamaları cümə axşamı Tesla səhmlərinin satışlarının dərinləşməsindən sonra verib. Çünki yaxın günlərdə elektrik avtomobillərinə olan tələbin yumşaldılması ilə bağlı narahatlıqlar artmağa başlayıb.

İlin Mask:

“Yəqin ki, mən iki ildən sonra səhmləri satmayacağam. Heç bir halda bu, gələn il və ya ondan sonrakı il baş verməyəcək”.

“Tesla”nın səhmləri normal əməliyyat saatlarında 8,9% ucuzlaşdıqdan sonra, cümə axşamı günü iş saatlarından sonra ticarətdə 3% artaraq 129,23 dollara çatıb.

Mask əvvəllər də “Tesla” səhmlərini satmayacağına söz vermişdi, lakin sonradan satdı. Keçən həftə Mask keçən ilin sonundan bu yana ümumi satışları 40 milyard dollara yaxınlaşdıran daha 3,6 milyard dollarlıq səhm satışı elan edib. Beləcə, şirkətin səhmlərinin iki ilin ən aşağı həddinə çatması investorları narahat edib.

pia.az