Uşaqlara yardım etmək adı ilə İŞİD-ə pul toplayan 2 nəfər həbs edilib

Türkiyənin İŞİD terror təşkilatına “evsizlərə kömək” adı altında pul toplamaq ittihamı ilə saxlanılan 2 nəfər həbs edilib...

PİA.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Zonquldak Vilayəti Jandarm Komandanlığı qrupları apardıqları araşdırmalarda 2 nəfərin terror təşkilatı İŞİD-ə maliyyə dəstəyi verdiyini ortaya çıxarıb.

Texniki təqibdən sonra jandarm qrupları kimsəsiz uşaqlara kömək edəcəklərini bəhanə edərək İŞİD üçün pul toplayan Kubilay Özdil və Talib Çələbini saxlayıb.

Jandarmdakı əməliyyatlardan sonra ədliyyəyə aparılan iki nəfər terror təşkilatına maliyyə dəstəyi vermək ittihamı ilə həbs edilib.

pia.az