Beyləqanda 49 yaşlı kişi qətlə yetirildi

Araşdırmalar davam etdirilir...

Beyləqan rayonunda 49 yaşlı kişi qətlə yetirilib.

PİA.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, hadisə dekabrın 23-də saat 16:10 radələrində baş verib.

Beyləqan rayonunda 1973-cü il təvəllüdlü Kamil Fərəzliyevin bıçaqla öldürülməsi barədə polisə məlumat daxil olub.

RPŞ əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən 1978-ci il təvəllüdlü Rafiq Əliyev saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalar davam etdirilir.

pia.az