Rubl ucuzlaşır - Bəs 2023-cü ildə Rusiya iqtisadiyyatını nələr gözləyir?..

Neft və qaz gəlirlərinin azalması fonunda Rusiya iqtisadiyyatının gələcəyi necə görünür?..

İqtisadçı-ekspert: “Rusiyadan qaz alışının tamamilə dayandıırlması Moskvanın valyuta gəlirlərinə xeyli təsir göstərir”.

“Əgər gələn il sərt qadağalar, sanksiyalar getdikcə artarsa və neft-qaz satışının həcmi azalarsa, həcmi azalmasa da, müxtəlif məhdudiyyətlərə görə neft-qazı daha ucuz satmağa Rusiya məcbur olacaqsa, (əsasən də Çin və Hindistana) iqtisadiyyatında daha ciddi dalğalanma ola bilər”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli 2023-cü ildə Rusiya iqtisadiyyatında olacaq mümükün gözləntiləri PİA.az-a şərh edərkən qeyd edib.

Son günlər Rusiya rublu sürətlə dəyər itirməkdədir. Bir çox ekspertlər isə hesab edirlər ki, Rusiya iqtisadiyyatı tənəzzül etməkdədir. Davam edən müharibə və sanksiya rejimində 2023-cü ildə Rusiya iqtisadiyyatını nələr gözləyir? Neft və qaz gəlirlərinin azalması fonunda Rusiya iqtisadiyyatında ciddi kiçilmə gözlənilirmi?

Mövzunu PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli: “Rublla bağlı onu deyə bilərm ki, tarixi maksimumlar yenidən təkrarlana bilər. Yəni tarixi maksimumda 1 dolların 100 rubldan daha baha olması qeydə alınmışdı”.

Rusiya iqtisadiyyatında gələn il nələrin olmasının sual altında olduğunu düşünən ekspert PİA.az-a bildirib ki, mənfi gözləntilər də rublun məzənnəsinə təsir göstərir:

“Rusiyada rus rublunun surətlə dəyərdən düşməsi əslində bir neçə amillə bağlıdır. Bunlar aşağıdakılardır:

1. Rusiya neftinin satışına qoyulan qiymət tavanı və Rusiya neftinin son zamanlar çox ucuz satılması (indi neft bazarlardan 20-30 dollar ucuzlaşıb satılır)

2. Rusiyadan qaz alışının tamamilə dayandıırlması Rusiyada valyuta gəlirlərinə xeyli təsir göstərir.

3. Rusiya iqtisadiyyatında böyük neft-qaz şirkətləri öz gəlirlərini valyuta ilə əldə edirlər. Onlara dəymiş ziyanın bir hissəsini kompensasiya etmək üçün Rusiya Mərkəzi Bankı bilərəkdən bəzən məzənnəni aşağı salır ki, rubulla daha çox vəsait əldə edib öz öhdəliklərini, yəni vergi və digər öhdəliklərini yerinə yetirə bilsinlər.

Natiq Cəfərli: “Rusiya iqtisadiyyatının gələcəyi ilə bağlı ciddi suallar var”.

Buna görə də son günlərinin prosesi bir neçə mühüm amillərlə əlaqəlidir. Ümumiyyətlə, Rusiya iqtisadiyyatının gələcəyi ilə bağlı ciddi suallar var. Əsasən də Rusiya iqtisadiyyatında gələn il nələrin olması sual altındadır. Mənfi gözləntilər də rublun məzənnəsinə təsir göstərir.

Əgər gələn il sərt qadağalar, sanksiyalar getdikcə artarsa və neft-qaz satışının həcmi azalarsa, həcmi azalmasa da, müxtəlif məhdudiyyətlərə görə neft-qazı daha ucuz satmağa Rusiya məcbur olacaqsa, (əsasən də Çin və Hindistana) iqtisadiyyatında daha ciddi dalğalanma ola bilər. Bu zaman rublun məzənnəsində daha ciddi eniş görə bilərik. Tarixi maksimumlar yenidən təkrarlana bilər. Yəni tarixi maksimumda 1 dolların 100 rubldan daha baha olması qeydə alınmışdı”.

Nərminə UMUDLU pia.az