Almaniyada Rusiyaya işləməkdə şübhəli bilinən məxfi xidmət zabiti həbs edilib

Almaniya Federal Kəşfiyyat Xidmətinin (BND) əməkdaşı Karsten L. Rusiya ilə əməkdaşlıqda şübhəli bilinərək saxlanılıb…

PİA.az Die Welt nəşrinə istinadən xəbər verir ki, bu barədə Almaniya Baş Prokurorluğu məlumat yayıb. Prokurorluğun məlumatına görə, casusluqda ittiham olunan şəxs 2022-ci ildə peşəkar fəaliyyəti zamanı əldə etdiyi məlumatları Rusiya xüsusi xidmət orqanlarına göndərib. Bu məlumatın məzmunu isə dövlət sirri olub.

Baş Prokurorluq qeyd edib ki, axtarışlar şübhəlinin mənzilində, eləcə də işlədiyi ofisdə aparılıb. BND əməkdaşı dövlətə xəyanətdə ittiham oluna bilər.

Die Welt yazır ki, BND-nin digər əməkdaşları da şübhə altındadır, lakin hələlik başqa həbslər olmayıb.

pia.az