Avropa İttifaqı qazın qiymətinin yuxarı həddini rəsmən təsdiqləyib

Yuxarı qiymət həddi 2023-cü il fevralın 15-də qüvvəyə minəcək və bir il davam edəcək…

PİA.az Reuters-ə istinadən xəbər verir ki, Avropa İttifaqı Şurası MVt/saat üçün €180 dinamik qaz qiymət tavanını təsdiqləyib, qərar təşkilatın saytında dərc olunub.

Yeni tədbirlər enerji təchizatının təhlükəsizliyini və maliyyə bazarlarının sabitliyini təmin etməklə yanaşı, Aİ-də dünya bazar qiymətlərini əks etdirməyən təbii qaz qiymətinin qalxmasını məhdudlaşdırmaq məqsədi daşıyır.

Qeyd edək ki, dekabrın 19-da Aİ ölkələri qazın qiymətinin yuxarı həddini təyin etməklə bağlı razılığa gəliblər. Avropa İttifaqında qazın qiymətinin yxarı həddi meqavat/saat üçün 180 avro olacaq və bu qərar fevralın 15-dən qüvvəyə minəcək. Məhdudiyyət ilkin olaraq birjadankənar əməliyyatlara şamil edilməyəcək.

Bu qəararla bağlı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml Rusiya qazının Qərb ölkələrinə tədarükü ilə bağlı vəziyyəti təhlil edir. Onun sözlərinə görə, Qərbin Rusiyadan mavi yanacağın qiymət tavanını tətbiq etməsinə Kremlin cavab yaxın vaxtlarda açıqlanacaq.

pia.az