Ağ Ev “Vaqner qrupu”nun adamlarını və pullarını sayıb

“Vaqner” Özəl Hərbi Şirkətin 50 min döyüşçüsü var və aylıq xərci 100 milyon dolları ötür…

PİA.az xəbər verir ki, ABŞ Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kibri dekabrın 22-də Vaşinqtonda keçirdiyi mətbuat konfransında bildirib. O qeyd edib ki, Ağ Ev “Vaqner qrupu”nun döyüşçülərinin sayını və pulunu hesablayıb.

“Biz hesab edirik ki, “Vaqner”in hazırda 50 min döyüşçüsü var”, deyə Kirbi bildirib.

ABŞ rəsmisinin sözlərinə görə, qruplaşmanın Ukraynadakı hərbi əməliyyatları üçün aylıq xərcləri 100 milyon dollardan çox təşkil edir. Lakin Kibri bu rəqəmlərin hansı mənbələrə əsaslandığını açıqlamayıb.

Kibri həmçinin iddia edib ki, Şimali Koreya “Vaqner qrupu”na 2022-ci ilin noyabrında raket verib. Qeyd edək ki, 2022-ci ilin sentyabrında KXDR Müdafiə Nazirliyi Rusiyaya silah vermək niyyətində olmadıqlarını bildirib.

Xatırladaq ki, “Vagner qrupu” rusiyalı iş adamı, milyarder Yevgeni Priqojin tərəfindən yaradılmış özəl hərbi şirkətdir. 2014-cü ildən Ukrayna ərazisində, sonra Suriyada fəaliyyət göstərir. Artilleriya, aviasiya ilə silahlanıb.

pia.az