İrəvan: İlin sonuna qədər sülh sazişi imzalaya bilərik, hər şey Bakıdan asılıdır…

Ermənistan Təhlükəsizlik Şurasının katibi bildirib ki, Bakı ilə sülh müqaviləsi İrəvanın şərtləri ilə imzalanacaq…

PİA.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu gün parlamentdə verdiyi brifinq zamanı bildirib.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, Bakı Yerevanın təkliflərinə müsbət cavab verərsə, Ermənistan və Azərbaycan ilin sonuna qədər sülh sazişi imzalaya bilərlər. Onun sözlərinə görə, İrəvan Bakıya sülh müqaviləsinin imzalanmasını təmin etmək üçün “təminatlar institutu” yaratmağı da təklif edib.

“İlin sonuna qədər Azərbaycan Ermənistanın təkliflərinə müsbət cavab verərsə, sülh sazişinin imzalanması mümkündür. Hər şey Azərbaycandan asılıdır. Ermənistan regionda sülhün bərqərar olması üçün səylərini davam etdirir. Ermənistan öz addımını atıb”, deyə Qriqoryan bildirib.

Qeyd edək ki, dekabrın 9-da Qriqoryan bəyan edib ki, İrəvan və Bakı Vyana Konvensiyası çərçivəsində diplomatik münasibətlərin qurulması barədə razılığa gəliblər. O vurğulayıb ki, bu, sülh müqaviləsinin yeganə bəndidir ki, tərəflər arasında razılıq əldə olunub.

Bir müddət əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla bu ilin sonuna qədər sülh müqaviləsinin imzalanacağına şübhə ilə yanaşmışdı. Onun sözlərinə görə, İrəvan və Bakının münasibətlərin normallaşdırılması məsələsində mövqeləri “bir çox məsələlərdə hələ də bir-birindən çox uzaqdır”.

P. S. Qeyd edək ki, Qriqoryanın “Bakı ilə sülh müqaviləsi İrəvanın şərtləri ilə imzalanacaq” ifadələrini işlətməsi ilin sonuna qədər sülhün sazişinin imzalanmasından deyil, yeni müharibənin başlamasından xəbər verir…

pia.az