Bəxtiyar Hacıyevin səhhəti ilə bağlı son durum açıqlandı

Zəiflikdən bəzən tarazlığını itirir...

Vəkil Cavad Cavadov ictimai fəal Bakhtiyar Hajiyevlə görüşüb.

Bu barədə hüquq müdafiəçisi Rüfət Səfərov məlumat verib.

“Bəxtiyar bildirdi ki, bu gün təzyiqi aşağı olub - 90/60, hərarəti isə 35,4-ə enib, nəbzi 76-dir. Gün ərzində daha yarım kilo arıqlayıb, çəkisi 79,5 kiloqrama enib. Beləliklə, artıq 5 kiloqram çəki itirib. Zəiflikdən bəzən tarazlığını itirir və yıxılmamaq üçün özünü saxlayır. Lakin azadlığa çıxana qədər aclığı davam etdirəcək”, - Rüfət Səfərov paylaşımında qeyd edib.

pia.az