ABŞ de-fakto son ukraynalıya qədər Rusiya ilə müharibə aparır – Peskov

Kreml hesab edir ki, Vaşinqton ukraynalılar vasitəsi ilə Rusiya ilə müharibə aparır...

PİA.az xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov dekabrın 22-də jurnalistlərə bildirib ki, faktiki olaraq ABŞ Rusiyaya qarşı müharibə aparır.

Peskov qeyd edib ki, Amerika hakimiyyətinin hərəkətləri bunu deməyə əsas verir. Peskova görə ABŞ ukraynalıya qədər bu müharibəni davam etdirəcək.

“ABŞ Rusiya ilə de-fakto və dolayı yolla müharibə xəttini sonuncu Ukraynaya qədər davam etdirir”, deyə Peskov bildirib.

Qeyd edək ki, dünən Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-a səfər edib, Ağ Evdə Co Baydenlə görüşüb və Konqres qarşısında çıxış edib. Səfərin baş tutmasından bir neçə saat əvvəl isə ABŞ hakimiyyəti Ukraynaya 1,85 milyard dollar həcmində növbəti hərbi yardım paketini açıqlayıb. Ukraynaya həmçinin Amerikanın “Patriot” ZRK-ları da veriləcək və bu da Ukraynanın havadan müdafiəsi üçün ciddi effekt yaradacaq.

pia.az