Bərdə sakinlərindən narkotik maddələr aşkar edildi - Foto

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb...

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinlərindən narkotik vasitə aşkar edilərək götürülüb. 

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb. 

Bildirilib ki, Bərdə RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri ilə rayon sakinləri Rafiq Zeynalov və Seymur Şükürov saxlanılıblar. Onların evində və üzərində aparılan axtarış zamanı marixuana aşkar edilərək götürülüb. 

Adıçəkilən şəxslərlə bağlı Bərdə RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə onların barəsində həbs qətimkan tədbiri seçilib.

pia.az