Washington Post: Zelenski Baydendən istədiyini ala bilmədi

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-a səfərinin əsas məqsədinə nail ola bilmədi...

PİA.az xəbər verir ki, bu barədə Washington Post qəzetinin Zelenskinin ABŞ-a səfərini şərh edən məqaləsində bildirilir.

Qəzet yazır ki, Zelenskinin səfərdə əsas məqsədi hücum əməliyyatları üçün daha müasir silahlar almaq idi və Ukrayna prezidenti səfər çərçivəsində bu məqsədini həyata keçirə bilməyib.

Nəşrin yazdığına görə, Bayden və Zelenski arasında aparılan danışıqların mövzusu və məqsədi fərqli olub. Ukrayna prezidenti daha güclü və müasir silahların əldə edilməsində və gələn il Ukraynanın iri hücum əməliyyatlarına başlamaq üçün imkanlarının artırılmasında maraqlı idi. Lakin Bayden Adminstrasiyası hesab edir ki, Ukrayna qüvvələrinə Rusiya daxilindəki hədəfləri vurmağa imkan verəcək raketlər verilərsə, bu Avropadakı müttəfiqlərin narazılığına səbəb ola bilər və son nəticədə NATO-da ciddi fikir ayrılıqları yarana bilər.

Qeyd edək ki, Zelenski ilə birgə mətbuat konfransında Ukrayna qüvvələrinə Rusiya daxilindəki hədəfləri vurmağa imkan verəcək raketlər barədə sualı cavablandıran Bayden xəbərdarlıq edib ki, bu cür silahlar NATO-nun Ukraynaya dəstək birliyini poza bilər.

Pentaqon rəsmiləri bildiriblər ki, Ukraynada hücum əməliyyatlarını həyata keçirmək üçün artıq kifayət qədər tank var və Kiyevin almaqda maraqlı olduğu M1 Abrams tankının texniki şərtləri və istismarı çox mürəkkəbdir.

Öz növbəsində Ağ Evdəki mənbə Washington Post-a bildirib ki, Ağ Ev Administrasiyasısülh təklifləri ilə bağlı daha çox maraqlanırdı və Ağ Evdə hesab edirlər ki, Kiyevin mümkün olan ən güclü mövqedə olduğuna əmin olmaq və sülh üçün diplomatiyanın önə çıxmasını səbirsizliklə gözləyirir.

Tərcümə PİA.az-a aiddir

pia.az