İki qardaş maşın təmiri sexindən 10 min manatlıq oğurluq edib

Bakıda avtomobil təmiri sexindən oğurluq olub...

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən PİA.az-a verilən xəbərə görə, Yasamal rayonunun A.M.Şərifzadə küçəsində yerləşən avtomobil təmiri sexlərinin birindən 10.500 manat dəyərində səsboğucu və 4 ədəd səsboğucu göstəricisinin qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Yasamal RPİ 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Zaqatala rayon sakinləri, əvvəllər məhkum olunmuş Faiq Buğluyev və qardaşı Tərlan müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

pia.az