Zelenski Ukraynaya “gözəl xəbərlərlə” qayıdır

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Co Baydenlə danışıqlardan sonra keçirdiyi mətbuat konfransında Kiyevə “gözəl xəbərlər”lə qayıtdığını bildirib...

PİA.az xarici mətbuata istinadən xəbər verir ki, Zelenski “gözəl xəbərlər” deyərkən yeni hərbi yardım paketini nəzərdə tutduğunu qeyd edib.

“Gözəl xəbərlərimiz var və mən evə qayıdıram. Prezident Bayden yeni hərbi dəstək paketini açıqladı, bu paketin əsas hissəsi “Patriot” kompleksləridir. Bu, bizim hava hücumundan müdafiə sistemimizi əhəmiyyətli dərəcədə gücləndirəcək”, deyə Zelenski bildirib.

Ukrayna prezidenti həmçinin ABŞ Konqresinin daha 45 milyard dollarlıq yardım paketinə səs verəcəyinə ümid etdiyini bildirib.

Qeyd edək ki, ABŞ səfəri çərçivəsində Zelenski Rusiya ilə “ədalətli sülhün” başa düşı bilmədiyini bildirib. Eyni zamanda, ABŞ prezidenti Co Baydenlə birgə mətbuat konfransında o, ərazi və suverenlik məsələlərində Moskva ilə heç bir kompromis olmayacağına əminliyini ifadə edib.

pia.az