Almaniya Çinə Covid-19 peyvəndi göndərən ilk ölkə oldu

Koronavirus epidemiyasının başlanğıcından bəri yerli istehsal olan Covid-19 vaksini “Sinovac”dan istifadə edən Çinə Almaniya tərəfindən peyvənd göndərilir...

PİA.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çində Covid-19 tədbirlərinin yumşaldılmasından sonra ölkədə yoluxmaların sayı yenidən artır. Epidemiya başlayandan bəri yerli istehsal olan Sinovac peyvəndindən istifadə edən Çin ilk dəfə başqa bir ölkədən Covid-19 peyvəndini qəbul edib. Almaniya hökumət rəsmiləri tərəfindən verilən açıqlamada Almaniyanın biotexnologiya şirkəti “BioNTech” və ABŞ-ın dərman şirkəti “Pfizer” ilə əməkdaşlıqda istehsal edilən “BioNTech-Pfizer” peyvəndlərinin Çinə çatdırılmaq üçün yola salındığı bildirilib.

Qeyd edilir ki, ilk dəfə Almaniya vətəndaşlarının xeyrinə göndərilən peyvəndlər istəkdən asılı olaraq Çin vətəndaşları üçün də istifadə oluna bilər. Çatdırılma detalları ilə bağlı təfərrüatlar hələ paylaşılmayıb. Həmçinin, Çində təxminən 20 min Almaniya vətəndaşının olduğu məlumdur.

Almaniya kansleri Olaf Şolz isə keçən ay Çinə səfər edib və Çin prezidenti Si Tsinpin və Çinin baş naziri Li Keqianqla görüşüb. Bir çox mövzunun müzakirə olunduğu görüşlərdə və Şolzun nümayəndə heyətində Almaniyanın biotexnologiya şirkəti “BioNTech”in qurucu ortağı Prof. Dr. Uğur Şahin də var idi. Şahinin Çin səfərini müşayiət etməsi “BionTech” peyvəndlərinin Çində istifadəsi ilə bağlı razılaşmanın mümkünlüyünü də gündəmə gətirib.

pia.az