Trampın vergi bəyannamələri Konqresdə araşdırılır

Konqresmenlər Trampın vergi bəyannamələrinin açıqlanmasına səs veriblər...

PİA.az xarici mətbiuta əsasən xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının Büdcə Komitəsi keçmiş prezident Donald Trampın vergi bəyannamələrinin açıqlanmasına səs verib. Qərarı 26 konqresmen dəstəkləyib, 16-sı isə əleyhinə çıxıb.

ABŞ-ın keçmiş prezidentindən2016-cı il prezident seçkilərindən sonra ödədiyi vergi bəyannamələrinin dərc etməsi istənilib. Tramp isə bundan imtina edib.

2020-ci ilin sentyabrında New York Times Trampın vergi sənədlərini araşdırdığını yazıb. Nəşrin məlumatına görə, Trampın ödədiyi vergilər cüzi olub. ABŞ-ın keçmiş prezidenti isə NVT-nin bu “tapıntıların” doğruluğunu təkzib edib.

Noyabrın sonunda Konqres Trampın son altı ildəki vergi bəyanatlarını əldə edə bilib. Tramp isə bu məlumatların məxfi olduğunu iddia edərək Konqresi məhkəmə ilə hədələyib.

pia.az