Polşadan Ukraynaya ABŞ qoşunlarının göndərilməsi istisna edilmir

İstefada olan polkovnik Makqreqor ABŞ üçün Polşanın Rusiyaya qarşı tramplin olduğunu deyib…

PİA.az xarici mətbuata əsasən xəbər verir ki, ABŞ ordusunun istefada olan polkovniki Duqlas Makqreqor bu barədə Judging Freedom adlı YouTube kanalında bildirib.

“Vaşinqton Polşadan Ukraynaya ABŞ qoşunlarını göndərə bilər”, deyə Makqreqor bildirib. O, vurğulayıb ki, ABŞ-da tez-tez Polşanın nə qədər strateji əhəmiyyətli bir ölkə olduğunu deyirlər.

“Qorxuram ki, bir axşam televiziyada Co Baydendən bunları eşidəcəyik: “Əziz həmvətənlər, bu axşam mən hərbçilərimizi Qərbi Ukraynanın təhlükəsizliyini təmin etmək üçün göndərdim”, deyə Makqreqor bildirib.

Onun fikrincə, Ukrayna münaqişəsi Vyetnam münaqişəsinə bənzəyəcək:

“Yalnız bu dəfə söhbət Vyetnamdan yox, böyük dövlət olan Rusiyadan gedir”, deyə Makqreqor fikrini yekunlaşdırıb.

pia.az