ÜST: Müharibə səbəbindən ukraynalıların dörddə birində psixi pozğunluqlar ola bilər
Bu barədə “Report” “The Guardian”a istinadən xəbər verir.
Habixtin sözlərinə görə, ukraynalılarda müşahidə olunan pozğunluqlar arasında Rusiyanın bu ölkəyə hərbi müdaxiləsi ilə əlaqədar narahatlıq doğuran hadisələrin səbəb olduğu narahatlıq, stress və travma sonrası stress pozğunluğu ola bilər. O, əlavə edib ki, 10 aylıq münaqişədən sonra belə halların sayı artmaqdadır və bu, BMT-nin aidiyyəti agentliyini onlayn dəstək xidmətlərini işə salmağa məcbur edir.
Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi onu da vurğulayıb ki, Ukraynada soyuq hava və qeyri-kafi istiliklə respirator xəstəliklər artacaq, işıqların kəsilməsi səbəbindən küçələrdə avtomobil qəzaları baş verəcək.
"Səhiyyə sistemi işləyir. Amma 10 ay olduğu üçün bu, böyük stress testidir. Biz hər zaman yeni problemlər görürük", - Habixt əlavə edib.
pia.az