Putin Ukraynada cəbhə bölgəsində olub

Kremlin mətbuat katibi Dmitr Peskov Putinin döyüş zonasına səfərini təsdiqləyib…

Rusiya prezidenti Vladimir Putin Ukraynada cəbhə bölgəsində olub.

PİA.az xəbər verir ki, Dmitri Peskov bu barədə “Rossiyskaya qazeta”ya müsahibəsində bildirib.

Kremlin sözcüsünün sözlərinə görə, Rusiya prezidenti cəbhə bölgəsində ordu komandanları ilə müşavirə keçirib.

Qeyd edək ki, daha əvvəl Putinin Ukraynada cəbhə bölgəsində ordu komandanlığı ilə müçavirə keçirməsinə Dövlət Dumasının deputatı general-leytnant Andrey Qurulev eyham vurmuşdu.

Bildirilir ki, Putin cəbhə bölgəsində ötən həftə olub.

pia.az