Qirkin: Rusiyanın Ukraynada yeni “xöş niyyət”ləri qaçılmazdır…

İqor Strelkov-Qirkin hesab edir ki, Rusiya yaxın zamanlarda Ukraynaya yeni “xöş niyyət” jestləri edəcək…

DXR-in keçmiş “müdafiə naziri” hesab edir ki, yaxın vaxtlarda Ukraynanın işğal olunmuş bir sıra şəhərlərində Rusiyadan bir sıra “xoşməramlı jestlər” gözləmək mümkün olacaq.

PİA.az xəbər verir ki, dünən, dekabrın 19-da o, bu barədə öz teleqram səhifəsində yazıb. Qeyd edək ki, 2014-cü ildə Donbasda Ukraynaya qarşı üsyan başladan, Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki İqor Strelkov-Qirkin Luqansk vilayətinin Svatovo vilayətində iki ay cəbhə xəttində olub və sonradan bilnməyən səbəblərdən geri dönüb. Hazırda isə keçmiş DXR yaraqlısı Rusiya Silahlı Qüvvələri haqqında təəssüratlarını sosial şəbəkədə bölüşməklə məşğuldur.

Qirkin bildirir ki, Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin davamlı əks-hücumlarından müdafiə olunmaq iqtidarında deyil. O, mövcud problemlərə görə Rusiya Silahlı Qüvvələrinin ali yüksək hərbi komandanlığını günahlandırır.

Qirkin əmindir ki, qış şəraitində rus əsgərlərinin mümkün əks-hücumlara qarşı özlərini müdafiə edə bilməyəcək və bütün qış boyunca Rusiya ordusu bir çox şəhərlərdən çıxmağa məcbur olacaq.

pia.az