Ukrayna cəbhəsində nələr baş verir? - Rusiya ordusu nöqsanlarını aradan qaldırıb?..

Son zamanlar Ukrayna ordusunun cəbhədə ciddi uğurlar qazana bilməməsi və hər iki tərəfin daha çox müdafiə mövqeyinə keçməsi müşahidə olunur...

Hərbi-ekspert: “Qış mövsümündə müharibənin daha çox uzaq məsafədən mövqe döyüşləri, raket zərbələri və pilotlu, pilotsuz aviasiyanın intensivliyi ilə müşahidə olunacağını ehtimal edirəm”.

“Düşünürəm ki, Ukrayna ilə müharibədə Rusiya ordusu nöqsanları və çatışmamazlıqları aradan qaldırıb”.

Bu sözləri hərbi-ekspert Ədalət Verdiyev Ukrayna-Rusiya müharibəsinin indiki dövrünü PİA.az-a şərh edərkən qeyd edib.

Son zamanlar Ukrayna ordusunun cəbhədə ciddi uğurlar qazana bilməməsini və daha çox müdafiə mövqeyinə keçməsini nəylə əlaqələndirmək olar? Demək olarmı ki, Rusiya ordusu son zamanlar nöqsanlarını aradan qaldırıb və bu da Ukrayna ordusunun irəliləməsinə mane olur?

Mövzunu PİA.az-ın əməkdaşı hərbi-ekspert Ədalət Verdiyev ilə müzakirə edib.

Ədalət Verdiyev: “Rusiya-Ukrayna müharibəsində yəqin ki, gələn ilin may ayına qədər ciddi intensivlik müşahidə olunmayacaq”.

Müharibədə intensivliyin torpaq qatının təxminən 70-80 santimetr don vurduqdan sonra bir qədər arta biləcəyini düşünən ekspert PİA.az-a bildirib ki, bu zaman da havanın şaxtalı olması döyüş şəraitində hər iki tərəf üçün müəyyən problemlər yaradacaq:

“Düşünürəm ki, Ukrayna ilə müharibədə Rusiya ordusu nöqsanları və çatışmamazlıqları aradan qaldırıb. Həmçinin Rusiya artıq hücum edən tərəf deyil, müdafiə olunan tərəfdir və bu da rus ordusunun istehkamlarda vuruşmasına imkan yaradır. Digər tərəfdən isə Ukrayna ərazisini, iqlim şəraitini, yağıntıların çox olmasını nəzərə alınır. Eyni zamanda Qaratorpaq texnikaların, zirehli vasitələrin hərəkəti üçün uyğun olmayan bir vəziyyətə gəlməsi əməliyyatların intensivliyini də azaldıb.

Böyük ehtimalla intensivlik torpaq qatının təxminən 70-80 santimetr don vurduqdan sonra bir qədər arta bilər. Amma bu zaman da havanın şaxtalı olması döyüş şəraitində hər iki tərəf üçün müəyyən problemlər yaradacaq.

Ümumiyyətlə isə qış mövsümündə müharibənin daha çox uzaq məsafədən mövqe döyüşləri, raket zərbələri və pilotlu, pilotsuz aviasiyanın intensivliyi ilə müşahidə olunacağını ehtimal edirəm.

Hesab edirəm ki, Rusiya-Ukrayna müharibəsində yəqin ki, gələn ilin may ayına qədər ciddi intensivlik müşahidə olunmayacaq”.

Nərminə UMUDLU pia.az