İran nüvə bombasını yaratmağı haram hesab edir

Ali Rəhbərin müşaviri Kamal Hərrazi ölkəsinin nüvə silahını haram saydığını bəyan edib…
“Bizim nüvə bombası yaratmaq imkanımız var, lakin bunu etmək fikrində deyilik”.

PİA.az xəbər verir ki, bunu İranın Xarici Əlaqələr üzrə Strateji Şurasının rəhbəri və Ali Rəhbərin müşaviri Kamal Hərrazi Üçüncü Tehran Dialoq Forumunda deyib:

“Mən xarici işlər naziri olanda bəzi ərəb ölkələrinin nümayəndələri mənə deyirdilər ki, imkanınız varsa, niyə atom bombasını yaratmırsınız? Çünki biz dini baxımdan atom bombasının istehsalını haram və arzuolunmaz hesab edirik”, deyə Hərrazi bildirib.

pia.az