Lukaşenko: “Putin və mən planetin ən zərərli insanlarıyıq”

Belarus prezidenti hesab edir ki, Rusiya onlarsız yaşaya bilər, ancaq onlar Rusiyasız yaşaya bilməzlər...

PİA.az Rusiya mətbuatına əsasən xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko dekabrın 19-da Minskdə Rusiya ilə geniş tərkibdə danışıqların yekunlarına dair birgə mətbuat konfransında deyib ki, o və Rusiya prezidenti “planetin ən zəhərli və zərərli insanlarıdır”.

Belarus prezidenti Putinlə münasibətlərlə bağlı sualı cavablandırarkən ritorik şəkildə deyib:

“Bilirsiniz, biz ikimiz şərikik, bu planetin ən zərərli və zəhərli insanlarıyıq”.

Belarus lideri onu da bildirib ki, Rusiya prezidenti çətin anlarda Belarusdan imtina etməyib: “Çətin anda Vladimir Vladimiroviç bizə köməklik göstərməkdən imtina etmədi”, deyə Belarus prezidenti əlavə edib:

“Rusiya bizsiz idarə edəcək, lakin biz Rusiyasız edə bilmərik”.

pia.az