Lukaşenka da artıq nüvə silahı ilə hədələyir…

Belarus prezidenti Rusiya ilə birlikdə xüsusi döyüş sürsatı daşıyan təyyarələrin idarə olunması üçün ekipajlar hazırladıqlarını bildirib…

PİA.az xəbər verir ki, Belarus prezidenti belə bur bəyanatı dekabrın 19-da Minskdə Putinlə birlikdə keçirdiyi mətbuat konfransında verib. Lukaşenko qeyd edib ki, onlarda böyük qorxu var:

“Hazırda biz, ruslarla birlikdə xüsusi döyüş sursatı daşıyan təyyarələri idarə etməyə qadir olan ekipajlara təlim keçirik. Bu, heç kim üçün təhlükə deyil, ya da təhdid deyil. Mən sizə bir neçə dəfə bildirmişəm ki, bizdə böyük qorxu var. Sizin dediyiniz kimi, ərginlik perimetri çox böyükdür. İttifaq dövləti olaraq biz təhlekəni daha çox Qərbdən görürük”, deyə Belarus prezidenti bildirib.

Xatırladaq ki, adətən “xüsusi döyüş sursatı olan” təyyarələr deyərkən, nüvə başlıqları olan raketlər daşıyan strateji bombardmanlar nəzərdə tutulur.

Qeyd edək ki, bu gün Rusiya prezidenti Vladimir Putin Belarusa səfər edib.

pia.az