Medvedev Britaniya siyasətçilərini “nadir ikiüzlülər” adlandırıb

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev britaniyalı siyasətçiləri “nadir ikiüzlülər” adlandırıb...

PİA.az xəbər verir ki, özünə məxsus Telegram kanalında Medvedyev sözlərini Böyük Britaniya rəsmilərinin açıqlamalarının bir-birinə zidd olması ilə izah edib.

Medvedev yazır ki, London Moskva ilə danışıqların və onun şərtlərinin Kiyevin müstəsna səlahiyyətində olması fikrini irəli sürür, amma əslində Rusiyadan qoşunları Ukrayna ərazisindən çıxarmağı xahiş edir.

“Bütün Britaniya siyasətçiləri nadir cənablar və ikiüzlülərdir. Əvvəllər Dumanlı Albion üçün xarakterik olmayan soyada sahib olan gənc baş nazir deyir ki, Rusiya öz qoşunlarını Ukrayna ərazisindən çıxarmayana qədər heç bir danışıqlardan söhbət gedə bilməz. Və buna baxmayaraq, hər yerdə, yeri gəldi-gəlmədi, deyirlər ki, ukraynalılar bizimlə danışıq aparıb-yaratmamağa özləri qərar verəcəklər. Yalan, ikiüzlülük və hədsiz sinizm ortaya çıxır”, deyə Medvedev yazıb.

Qeyd edək ki, bu gün Böyük Britaniyanın baş naziri Rişi Sunak Riqada keçirilən Birgə Ekspedisiya Qüvvələrinin sammitində Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxmadığı halda atəşkəslə bağlı danışıqların məntiqli olmadığını bildirib. Britaniya Baş naziri qeyd edib ki, atəşkəs Rusiya tərəfindən qoşunların yenidən toplanması və gücləndirilməsi üçün istifadə olunacaq.

pia.az