Qızını internetdən narahat edən ana haqqında hökm oxundu 

Amerikalı bir gənc qız 1 il ərzində onu internetdən narahat edən anonim şəxsin, əslində, anası olduğunu öyrənib...

PİA.az “Unilad”-a istinadən xəbər verir ki, miçiqanlı Kendra Qeyl Likari “Beal City” məktəblərinin kiber zorakılıqla bağlı şikayət almasından sonra bir il davam edən araşdırma nəticəsində kiber zorakılıqda ittiham olunub.

Gənc qızın anası Likari məktəb rəsmiləri ilə birlikdə işləyərək, gənc qıza və onun görüşdüyü oğlanı kimin kimin etdiyini öyrənməyə çalışıb. Federal Təhqiqat Bürosu (FTB) gənc qıza göndərilən mesajların IP ünvanını əldə edib və mesajların ana Likari ilə əlaqəli olduğunu anlayıb.

Vilayət prokuroru Devid Barberi ananın yerini gizlətmək üçün VPN-dən istifadə etməkdə günahlandırıldığını və hətta qadının mesajları digər yeniyetmələrin olduğu ərazilərdən gəlmiş kimi göstərdiyini bildirib.

Prokurorluq 349 səhifədən ibarət olan virtual təcavüz mətnlərini və sosial media mesajlarını toplayıb. Likari, həmçinin, mesajların başqa bir gəncə aid olduğunu göstərmək üçün söyüşlərdən və qısaltmalardan istifadə edib.

Likari qızını niyə hədəf aldığını bildirmədən, kiber zorakılıq etdiyini etiraf edib.

42 yaşlı ana iki dəfə azyaşlı uşağı izləməkdə, iki dəfə kompüterdən istifadə edərək cinayət törətməkdə, bir dəfə isə məhkəmə hökmünə mane olmaqda ittiham edilib. Yekun ittihamda, həmçinin, iddia edilib ki, ana istintaq zamanı etdiyi hərəkətlərə görə başqa bir azyaşlını günahlandırmağa çalışıb.

Likari məhkəmə qarşısına çıxdıqdan sonra 5 min dollarlıq cəza qarşılığında sərbəst buraxılıb.

Qeyd edək ki, dekabrın 29-da keçiriləcək məhkəmədə Likari kompüterdən cinayət törətmək üçün istifadə etdiyinə görə 10 il, azyaşlı uşağı təqib etdiyinə və məhkəmə hökmünə mane olduğuna görə isə 5 il həbs cəzası alacaq.

pia.az