Məşhur müğənni 82 yaşında vəfat etdi

1960-cı illərin məşhur “The Velvelettes” qrupunun üzvü Berta Barbi Maknil 82 yaşında bağırsaq xərçəngindən dünyasını dəyişib...

PİA.az “The Sun” qəzetinə istinadən xəbər verir ki, ABŞ-ın Miçiqan ştatında qocalar evində qalan Berta Barbi Maknil bağırsaq xərçəngi ilə mübarizəsində qalib gələ bilməyib.

Xəbərə görə, 1960-cı illərə iz qoymuş “The Velvelettes”in üzvü Maknil 82 yaşında dünyasını dəyişib. “The Velvelettes” qrupunun solisti Karolin Gil Strit yerli qəzetə verdiyi açıqlamada Maknilin bir “mələk” olduğunu deyib:

“Ən yaxın dostumu itirdim. Berti çox dəyərli bir xanım idi. Ondan heç vaxt söyüş eşitməmişəm, əsəbi olanda belə onun kiminsə haqqında pis danışdığını eşitmədim. Dünyadakı bir mələk kimi idi. Bizi qrupda boğulmaqdan xilas edən “yapışqan” o idi”.

Qeyd edək ki, Maknil bağırsaq xərçəngi irəlilədikdən sonra bir neçə həftə Miçiqan Universitetinə köçürülmüşdü.

pia.az