Məşhur müğənni infarkt keçirib

Mahnıları ilə bir dönəmə damğasını vuran və uzun müddət xaricdə tənha həyat sürən məşhur türk müğənni Gökhan Özen infarkt keçirib...

PİA.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Boşver”, “Civciv”, “Aramazsan Arama”, “Budala” kimi mahnıları ilə bir dövrə damğasını vuran 43 yaşlı türk müğənni Gökhan Özen uzun illərdir Türkiyə xaricində tənha həyat sürür.

Qızlarına qəyyumluq etmək üçün həyat yoldaşı ilə yaşadığı problemlər səbəbindən gündəmə gələn müğənni ötən axşam evində infarkt keçirib.

Evində ağırlaşdığı üçün xəstəxanaya aparılan müğənni sosial media hesabından səhhəti ilə bağlı məlumat verib. Özen paylaşımında deyib:

“Dünən gecə yarısı Los-Ancelesdəki evimdə infarkt keçirdikdən sonra bir müddət nəzarət altında qaldıqdan sonra xəstəxanadan çıxdım. Belə xəbərləri sizinlə bölüşmək istəməzdim, amma yaxşı və pis günlərim var. Bundan sonra nəzarətlərlə davam etməyi və stressdən uzaq çox sakit bir həyat sürməyi planlaşdırıram. Allaha əmanət”.

pia.az