İlon Mask Twitter-də qalıb qalmayacağını xalqdan soruşur…

Mask Twitter-in rəhbəri vəzifəsindən istefa verib-verməməsi ilə bağlı sosial şəbəkədə sorğuya başladıb…

PİA.az xəbər verir ki, İlon Mask sahibi olduğu Twitter sosial şəbəkəsində yeni sorğu keçirib. Bu dəfə iş adamı abunəçilərdən rəhbər vəzifəsindən getməli olub-olmadığını soruşub.

“Twitter rəhbəri vəzifəsindən getməliyəm? Mən bu sorğunun nəticələrinə sadiq qalacağam”, deyə milyarder öz Twitter səhifəsində yazıb.

Qeyd edək ki, bir müddət əvvəl İlon Mask Twitter-də Culian Assanc və Edvard Snoudenin taleyi ilə bağlı istifadəçilər arasında sorğu keçirib. O, sosial şəbəkə istifadəçilərindən WikiLeaks-in yaradıcısı və ABŞ-ın keçmiş kəşfiyyatçısının əfv olunmalı olub-olmadığını soruşub.

Bundan əvvəl Twitter sahibi İlon Mask şirkətin baş məsləhətçisinin müavini Cim Beykerin ABŞ prezidenti Co Bayden Hanterin oğlunun noutbuku ilə bağlı senzura qalmaqalında əli olması ehtimalı ilə əlaqədar işdən çıxarıldığını açıqlamışdı. Vəkilin adı bu hadisənin müzakirəsi kontekstində yazışmalarının dərci ilə yanaşı, hadisənin istintaqında da hallanır.

pia.az