Britaniyadan Ukrayna hərbi sürsat axını 2023-cü ildə də davam edəcək…

Böyük Britaniya 2023-cü ildə yüz minlərlə artilleriya sursatını Ukraynaya təhvil verəcək…

PİA.az xəbər verir ki, bu barədə Britaniyanın Baş naziri Rişi Sunak ofisinin mətbuat xidməti məlumat yayıb.

Çatdırılmalar 250 milyon funt-sterlinq (304 milyon dollar) dəyərində müqavilə çərçivəsində həyata keçiriləcək ki, bu da gələn il Ukraynaya artilleriya sursatlarının fasiləsiz axınını təmin edəcək.

Baş nazirin ofisi xatırladıb ki, Ukraynada hərbi əməliyyatlar başlayandan bəri Kiyevə 100 mindən çox artilleriya sursatı çatdırılıb.

Britaniya höküməti bu gün, dekabrın 19-da Riqada keçiriləcək Böyük Britaniya, Baltikyanı ölkələr, Norveç, Hollandiya da olmaqla doqquz Avropa ölkəsinin daxil olduğu Birgə Ekspedisiya Qüvvələrinin (JEF) sammiti öncəsi Ukrayna üçün yeni hərbi tədarüklər elan edib. Britaniya baş nazirinin ofisi qeyd edib ki, London həmkarlarını 2023-cü ildə ən azı Ukraynaya yardımın həcmini indiki səviyyədə saxlamağa çağıracaq.

pia.az