NASA işıqsız Ukraynanın peyk şəklini dərc edib - Foto

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) Ukraynada işığın olmadığını göstərən peyk şəklini yayıb…

PİA.az xarici mətbuata əsasən xəbər verir ki, şəkildə Ukraynanın qonşu ölkələrində şəhərlərin və infrastrukturun parlaq yamaqları göstərilir. Foto dekabrın 17-də çəkilib.

NASA-nın noyabrın 24-də çəkilmiş fotoşəkili ilə müqayisədə bu görüntü Ukraynada daha az işıq saçan obyektlərin olduğunu göstərir.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi dekabrın 16-da Ukraynanın hərbi komandanlıq və idarəetmə sistemlərinə, hərbi sənaye kompleksinə və enerji obyektlərinə “yüksək dəqiqlikli silahlar” tərəfindən vurulan “kütləvi zərbə” barədə məlumat vermişdi.

Dekabrın 16-da səhər saatlarında Ukrayna kütləvi raket atəşinə məruz qalıb və onun bütün ərazisində hava həyəcanı elan edilib. Partlayışlar və hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti ilə bağlı məlumatlar Kiyev, Dnepropetrovsk, Xarkov vilayətləri və Zaporojyedən daxil olub. Həmin gün “Ukrenerqo” ölkənin enerji sisteminin imkanlarının 50%-dən çoxunu itirdiyinə görə fövqəladə vəziyyət elan edib.

pia.az