Avropanın rus qazından asılığında qurtarmasının qiyməti – 1 trilyon dollar…

Enerji böhranı səbəbindən Avropa təxminən bir trilyon dollar itirəcək...

PİA.az xəbər verir ki, bu barədə Bloomberg öz hesablamalarına istinadən xəbər verir.

“Təxminən 1 trilyon dollar... Bu istehlakçılar və biznes üçün daha bahalı enerjinin xalis nəticəsidir. Bu vəsaiti bir hissəsi yardım paketləri ilə kompensasiya edilib”, deyə nəşr bildirir.

Agentliyin məlumatına görə, bu böhran ilkin mərhələdədir. Məqalədə deyilir ki, Avropanın enerji resursları bazarında vəziyyət ABŞ və Qətərdən yeni tədarük layihələrinin işə düşməsinə qədər, yəni 2026-cı ilə qədər çətin olacaq. O vaxta qədər Bloomberg-in məlumatına görə, enerji qiymətləri yüksək olaraq qalacaq.

Qeyd edək ki, bu gün yayılan məlumatlarda bildirilir ki, Moldova da Rusiyadan qaz asılılığını sona çatdırıb. Dnepr çayının sağ sahili üçün yanacaq indi “Energocom” dövlət şirkətindən alınır. Bu barədə ölkənin infrastruktur və regional inkişaf naziri Andrey Spinunun bəyanatında deyilir. Onun sözlərinə görə, tarixdə ilk dəfə olaraq sağ sahil Qazprom tərəfindən verilən qazı istehlak etməyəcək.

pia.az