Avropa İttifaqı qazın qiymətinə yeni yuxarı hədd təyin edir

Aİ Şurası qazın qiymətinin tavanını MVt/saat üçün 188 avroya endirmək istəyir…

PİA.az xarici mətbuata əsasən xəbər verir ki, bu təkliflə Aİ Şurasına sədrliyi həyata keçirən Çexiya çıxış edib.

Məlumatda bildirilir ki, Avropa İttifaqı qazın qiymətinin yuxarı həddinin MVt/saat üçün 275 avrodan 188 avroya endirilməsi imkanını müzakirə edəcək.

Avropa İttifaqının Şurasına sədrlik tərəfindən təklif olunan mexanizm TFF mərkəzi indeksi üzrə aylıq və ya illik forvard müqavilələri MVt/saat üçün 188 avronu keçdikdə işə salınacaq. Təşəbbüs təsdiqlənərsə, bu, Avropa İttifaqına yanacağın alışında əhəmiyyətli məbləğdə qənaət etməyə imkan verəcək.

Təklifə Aİ ölkələrinin energetika nazirləri baxacaq. Müzakirələr dekabrın 19-da Brüsseldə keçiriləcək.

pia.az